Təhsil
- 2011–2015 — Sumqayıt Musiqi Kolleci, İnstrumental ifaçılıq (müəllimə)
İş təcrübəsi
- 2016–2019 — GBUK təhsil müəssisəsi, rus dili müəllimi. Şagirdlərin rus dili biliklərinin inkişaf etdirilməsi, danışıq və yazı bacarıqlarının formalaşdırılması istiqamətində dərslər keçirdim; müxtəlif tədris metodlarından istifadə edərək onların dil bacarıqlarını gücləndirməyə çalışdım.
- 2017 — Dünya Məktəbi tərəfindən təşkil olunan 20 günlük rus dili müəllimliyi təlimi. Müasir tədris metodları, uşaqlara rus dilinin effektiv şəkildə öyrədilməsi, dərsin planlaşdırılması və interaktiv üsullar haqqında bilik və bacarıqlar əldə etdim.
- 2017 — British School tərəfindən təşkil edilən 15 günlük uşaqlarla iş və tədris metodikası üzrə təlim. Uşaqlarla düzgün ünsiyyət qurma, onların psixoloji xüsusiyyətlərini nəzərə alaraq tədris prosesini təşkil etmə və inkişaf etdirici fəaliyyətlərin tətbiqi mövzularında biliklərimi artırdım.
Sertifikatlar və təlimlər
- 25.01.2025 — Təkamül Akademiya MMC & OurGroup — «Uşaq inkişafına təsir edən amillər» təlimi.
- 28.01.2025 — Laava Academy MMC & Dərya Group — «Uşaqlarla düzgün münasibətin qurulması» təlimi.
- 31.01.2025 — MOXO & NEUROTECH Solutions — MOXO™ D-CPT Sertification Training Programme (Prof. Barış Topçular, MD; Ferda Korkmaz Özkanoğlu, MD).
- 31.01.2025 — MOXO & NEUROTECH Solutions — MOXO™ D-CPT Supervision Training Programme.
- 17–18.05.2025 — ЧОУ ДПО «Логопед-Профи» (Sankt-Peterburq, Jukova O. S.) — «Запуск речи: от полного безречья до развёрнутой фразовой речи», 24 akademik saat.
Peşəkar yanaşma
Psixopedaqoq olaraq uşaqların psixoloji və inkişaf xüsusiyyətlərini nəzərə alaraq onların düzgün inkişafına dəstək olmağı əsas məqsədim hesab edirəm. Fəaliyyətim zamanı uşaqların emosional vəziyyətini anlamağa, onların ünsiyyət, qavrama və davranış bacarıqlarını inkişaf etdirməyə yönəlmiş metodlardan istifadə edirəm.
Valideynlərlə əməkdaşlıq edərək hər bir uşağın fərdi xüsusiyyətlərinə uyğun yanaşma tətbiq etməyə çalışıram. Məqsədim uşaqların özünə inamlı, sosial və sağlam psixoloji mühitdə böyüməsinə kömək etməkdir.
Dil bilgisi
- Azərbaycan dili — Əla
- Rus dili — Əla
- İngilis dili — Orta